2024-cü ilin yanvar-avqust aylarında Ermənistan və Rusiya arasında ticarət dövriyyəsinin həcmi 8 milyard 982 milyon 51 min 900 dollar təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəriciləri ilə müqayisədə iki dəfə çoxdur.
Musavat.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, məlumatı Ermənistan Statistika Komitəsi açıqlayıb.
2023-cü ilin 8 ayı ərzində ölkələr arasında xarici ticarət dövriyyəsi 4 milyard 308 milyon 993 400 ABŞ dolları təşkil etmişdi.
2024-cü ilin yanvar-avqust aylarında Rusiyadan Ermənistana idxalın həcmi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3,7 dəfə artaraq 7 milyard 51 milyon 654 min 700 dollar təşkil edib. Ötən ilin eyni dövründə Ermənistana idxalın həcmi 1 milyard 910 milyon 650 min 400 dollar olub.
Bununla yanaşı, bu ilin 8 ayında Ermənistandan Rusiyaya ixracın həcmi 1,3 dəfə azalaraq 1 milyon 930 milyon 397 min 200 dollar təşkil edib. 2023-cü ilin yanvar-avqust ayları üçün bu rəqəm 2 milyard 398 milyon 343 min dollar olmuşdu.
Musavat.com