Ermənistanın Müdafiə Nazirliyinin qulluqçusu bıçaqlandı

Ermənistanın Müdafiə Nazirliyinin qulluqçusu bıçaqlanıb.

Bu barədə “Report” yerli mətbuata istinadən xəbər verir.

Məlumata görə, hadisə Əştərək rayonunda qeydə alınıb. Kirakos M. Əştərəkdəki supermarketlərdən birində 20 yaşlı Vazgen S. ilə münaqişəyə girib, bu zaman Kirakos M. ona xəsarət yetirib.

Vazgen S. xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb. Kirakos M. saxlanılıb.

Məlumata görə, Vazgen S. Müdafiə Nazirliyinin qulluqçusudur.

23.08.2024 02:30
190