Ermənistanın havadarlarına SƏRT MESAJ: regionda proseslər Bakı vaxtı ilə hesablanır - VİDEO

"Əgər bu gün yenə də görsək ki, Ermənistanda revanşistlər baş qaldırır, Fransa Ermənistana öldürücü silahlar verir, o silahların kritik həddə çatmasını görsək, onda bizdən heç kim inciməsin. Hər halda hər kəs bilir ki, biz nəyə qadirik, Ordumuz nəyə qadirdir və iradəmiz nə qədər möhkəmdir. Heç kim bizim qabağımızda dura bilməz. Heç kim bizə heç nə diktə edə bilməz və bizim daxili işlərimizə müdaxilə edə bilməz. Nəyi lazım biliriksə, onu da edəcəyik".

Musavat.com xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Şuşaya köçmüş ilk sakinlərlə görüş zamanı deyib.

Prezident Şuşadan səsləndirdiyi sərt xəbərdarlıqla odla oynayan Ermənistana və onun havadarlarına yerini göstərdi. Bu qətiyyətli və cəsarətli çıxış bölgədə Azərbaycanın iradəsinə zidd addım atılmayacağının növbəti mesajı idi. Hər kəs yaxşı bilir ki, Prezident İlham Əliyev nəyi deyirsə və müəyyənləşdirirsə, onu da yerinə yetirir.

Daha ətraflı AzTV-nin videosüjetində:

@@TVmusavat/85550@@

Musavat.com

14.05.2024 10:43
653