“Biz hər zaman deyirik ki, ekoloji məsələlərlə bağlı ayıq-sayıq olmaq lazımdır. Ekofəallarımızın Laçın-Xankəndi yolunda keçirdikləri kimi etiraz aksiyası təşkil etmək, beynəlxalq təşkilatların diqqətini cəlb etmək olar”.
Bunu Musavat.com-a sosioloq Əhməd Qəşəmoğlu Ermənistanın Arazdəyəndə inşa etməyi planlaşdırdığı metallurgiya zavodu barədə danışarkən deyib. Ekspert bildirib ki, sərhədyanı ərazilərdə ekologiyaya, su hövzələrinə zərər verəcək proseslərin qarşısı alınmalıdır: “Qeyri-hökumət təşkilatları, ictimaiyyət, dövlət qurumları ciddi hərəkətə keçməlidirlər.
Bu cür ekoloji terrora heç bir halda yol vermək olmaz. Ekologiyaya məsul beynəlxalq təşkilatların nümayəndələrini əraziyə dəvət etmək, dünyanı xəbərdar etmək lazımdır ki, düşmən mövqedə olan qonşu dövlət xoşagəlməz addımlar ata bilər. Məsələni gündəmə gətirmək lazımdır”.
Nigar HƏSƏNLİ,
Musavat.com