Ermənistanın Baş naziri: Ermənistanda ancaq bir növbədənkənar seçki ola bilər


Ermənistanda növbədənkənar seçkilər mütləq keçirilməlidir, amma bu, bütün ermənilərin Katolikosunun seçkiləri olmalıdır.

Musavat.com erməni mediasına istinaədn xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan 3 iyul tarixində “Facebook” səhifəsində yazıb.

Qeyd edək ki, hazırda Tavuş yeparxiyasının keçmiş rəhbəri arxiyepiskop Baqrat Qalstanyan və Şirak yeparxiyasının rəhbəri arxiyepiskop Mikael Acapahyan həbs olunublar. Paşinyan isə bütün ermənilərin Katolikosu II Qareginin istefasını tələb edir.

Musavat.com

03.07.2025 14:47
745