Avropa Parlamentinin bu gün keçirilən iclasında Aİ ilə Ermənistan arasında əlaqələrin daha da sıxlaşdırılması və Azərbaycanla Ermənistan arasında sülh sazişi haqında qətnamə səsə qoyulub.
Musavat.com xəbər verir ki, Avropa Xalq Partiyası fraksiyasının müəllifi olduğu sənəd bütün fraksiyaların birgə təşəbbüsü kimi təqdim edilir.
Qətnamə layihəsində Avropa Parlamentinin üzvləri Ermənistana Aİ üzvlüyünə namizəd statusunun verilməsi imkanının nəzərdən keçirilməsini xüsusi olaraq təklif ediblər.
“Əgər Ermənistan namizəd statusu almaqda maraqlı olsa və onun demokratiyasını gücləndirən davamlı islahatlar yolu ilə davam etsə, bu, Aİ-Ermənistan münasibətlərində transformasiya mərhələsi üçün əsas ola bilər”, - deyə sənəddə bildirilir.
Musavat.com