Ermənistanı Gürcüstanla birləşdirən körpü Azərbaycana TƏHVİL VERİLƏCƏK

Ermənistanı Gürcüstanla birləşdirən körpü delimitasiya nəticəsində Azərbaycana qaytarılacaq.

Musavat.com xəbər verir ki, bu barədə “Sputnik-Armeniya” məlumat yayıb.

Qeyd olunub ki, Ermənistanın baş naziri Nikol Paşinyan Kirants və Açarkut kəndlərində yeni yolun inşası ilə tanış olub.

Paşinyanı Tavuş vilayətinin qubernatoru Vahe Qalumyan və digər məsul şəxslər müşayiət edib.

Məlumata görə, yeni yol ona görə inşa edilir ki, Ermənistandan Gürcüstana gedən yolda yerləşən körpü delimitasiya nəticəsində Azərbaycana təhvil veriləcək.

Həmçinin Kirants kəndində iki ev, yolun bir hissəsi və 50-yə yaxın torpaq sahəsi Azərbaycana qaytarılacaq.

Paşinyan öz Telegram səhifəsində səfərlə bağlı videoreportaj yayıb.

@@TVmusavat/90188@@

Musavat.com

06.07.2024 17:24
1412