Kamil Zeynallı Rusiyada saxlanmalı idi. Ermənistan ekstradisiya protokolunun tələb etdiyi sənədlər paketini hazırlayıb və Rusiya hüquq-mühafizə orqanlarına təhvil verəcək.
Bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb. “Zeynallı azadlığa buraxılsa da, xarici ölkələrə səfəri zamanı Ermənistan onun ekstradisiyası üçün lazımi tədbirləri davam etdirəcək”, - məlumatda deyilir.
Qeyd edək ki, ötən gün K.Zeynallı Moskvadan qayıtmaq istəyərkən Domodedovo aeroportunda saxlanılıb. Səbəb isə Ermənistanın CM-in 4 maddəsi ilə cinayət işi açması və onu beynəlxalq axtarışa verməsidir. Azərbaycan dövlətinin birbaşa müdaxiləsi ilə Zeynallı ötən gün günorta saatlarında azad edilib.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 16.00-da aparıcı Kamran Həsənli və Sevinc Telmanqızının təqdimatındakı “Kamranla 1” verilişində izləyə bilərsiz. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.