Ermənistandan sülh müqaviləsi ilə bağlı AÇIQLAMA: "Yanaşmamızı Azərbaycan tərəfinə bildirmişik"

Ermənistan Xarici İşlər Naziri Ararat Mirzoyan Azərbaycanın göndərdiyi sülh müqaviləsinin yeni redaksiyasına cavab verdiklərini açıqlayıb.

Musavat.com-un məlumatına görə Mirzoyan bildirib ki,  artıq Azərbaycan tərəfinə sülh müqaviləsinin 12-ci redaksiyası ilə bağlı öz yanaşmamızı bildirmişik.

Mirzoyan qeyd edib ki, Azərbaycan tərəfi ilə müqavilənin imzalanması və ratifikasiyası ilə bağlı bütün məsələləri müzakirə etmək imkanı olacaq.

Musavat.com

12.03.2025 15:12
2551