Ermənistandan kütləvi həbslər

Ermənistan Daxili İşlər Nazirliyinin Tavuş (Tovuzqala) Qeydiyyat və İmtahan İdarəsinin rəisi və daha 14 əməkdaşı saxlanılıb.

Musavat.com-un məlumatına görə, ölkənin Korrupsiyaya Qarşı Mübarizə Komitəsi bunu yerli mediaya təsdiqləyib. Bildirilir ki, onlar sürücülük vəsiqələrinin verilməsinə görə rüşvət alma ittihamı ilə bağlı saxlanılıblar.

 

Musavat.com

14.08.2025 21:19
525