Ermənistanda zəlzələ baş verib.
Musavat.com bildirir ki, bu barədə respublikanın xilasetmə xidməti məlumat yayıb.
Qeyd olunur ki, yeraltı təkanlar saat 18:31-də qeydə alınıb. Zəlzələnin coğrafi koordinatları 40,95⁰ şimal eni və 44,06⁰ şərq uzunluğudur.
Zəlzələ Aşotsk kəndindən 19 km cənub-şərqdə qeydə alınıb, mənbə 10 km dərinlikdə yerləşib, maqnitudası 2,9 olub.
Episentrdə yeraltı təkanların gücü 4 bal olub.
Zəlzələ Şirak rayonunun Aşotsk, Musayelyan, Amasiya, Kakavasar kəndlərində 3 bal, Lori rayonunun Şirakamut və Saralanc kəndlərində isə 2-3 bal gücündə hiss olunub.
Musavat.com