Ermənistanda zavodda partlayış - Ölən və yaralananlar var

Ermənistanın ən böyük istilik elektrik stansiyası olan Razdan İES-in ərazisindəki tökmə zavodunda partlayış baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda respublikanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, xilasedicilərin sözlərinə görə, partlayışdan sonra 6 nəfər xəstəxanaya yerləşdirilib, onlardan biri daha sonra xəstəxanada ölüb.

10.09.2024 19:40
346