Ermənistanda XİN başçısının müavini vəzifəsinə yeni təyinat olub

Vahan Kostanyan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın müavini təyin olunub.

“Report” xəbər verir ki, bu barədə “Sputnik Armeniya” məlumat yayıb.

Qeyd edək ki, V. Kostanyan daha öncə hakim “Vətəndaş müqaviləsi” partiyasının mətbuat katibi, daha sonra isə XİN başçısının müşaviri vəzifələrində çalışıb.

26.01.2023 21:39
406