Ermənistanın BMT-yə göndərilən xəritələri ilə bağlı daxili araşdırma aparılır.
Musavat.com-un məlumatına görə, bunu baş nazir Nikol Paşinyan parlamentdə bildirib.
Ermənistanın baş naziri hökumət saatında deyib ki, Xarici İşlər Nazirliyi bunun uçotunu aparmayıb, ona görə də onların təşkilata təqdim edilib-edilməməsi ilə bağlı suallar yaranıb.
Paşinyanın etirafına görə, “Dağlıq Qarabağ” xəritələrdə yoxdur və Tiqranaşen (Kərki-M.) Azərbaycanın anklavı kimi qeyd olunub.
Musavat.com