Ermənistanda İrəvanın Malatiya-Sebastiya inzibati bölgəsində uşaqları qaçırmağa cəhd edən 57 yaşlı kişi həbs edilib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan tərəfindən məlumat yayılıb.
Xatırladaq ki, 57 yaşlı kişi sentyabrın 25-də Srcanain küçəsində iki azyaşlı uşağı qaçırmağa cəhd edib. O, Ermənistan Cinayət Məcəlləsinin 44-191-ci maddəsinin 2-ci hissəsinin 3-cü bəndi ilə ittiham olunub.
Musavat.com