Ermənistanda traktor minaya düşüb, xəsarət alan var

Ermənistanın Tavuş rayonunun Kirants kəndində traktor minaya düşüb, sürücü yaralanıb.

“Report” xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Traktorun mühəndis işləri zamanı partladıldığı qeyd edilir.

Ermənistan parlament fraksiyasının deputatı Qarnik Danielyan məlumatı təsdiqləyib.

24.07.2024 22:31
699