Ermənistanda keçirilən son sorğulara görə, vətəndaşların demək olar ki, yarısı ilin sonuna qədər sülh müqaviləsinin mümkünlüyünə inanmır.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, “Gallup” şirkətinin keçirdiyi sorğunun nəticələri bunu göstərib.
“Sizcə, ilin sonuna qədər sülh müqaviləsi bağlamaq mümkündürmü?” sorğusunda iştirak edən vətəndaşların yalnız 8,3 faizi “bəli” deyib. “Bəlkə də” cavabını 17,5%, “xeyr” – 23,4%, “qətiyyən yox” – 41,2% verib. Respondentlərin 9,6%-i suala cavab verməkdə çətinlik çəkib.
“Ermənistan Azərbaycan və Türkiyə ilə daha sıx əlaqələr qurmaq üçün yeni güzəştlərə getməlidir?” sualına - 7 faiz “bəli, alternativimiz yoxdur”, 90 faiz “xeyr, daha güzəştə getmək üçün heç nə yoxdur” cavabını verib, 3 faiz isə cavab verməkdə çətinlik çəkib.
“Konstitusiya Məhkəməsinin Müstəqillik Bəyannaməsində Qarabağın adının heç bir hüquqi qüvvəyə malik olmadığını hesab etməsinə münasibətiniz necədir?” sualına 5 faiz “tamamilə müsbət”, 9,8 faiz “kifayət qədər müsbət”, 21,3 faiz “olduqca mənfi”, 51,5 faiz “mənfi” reaksiyasını göstərib. 12,4 faiz isə qərarsız qalıb.
“Gələn bazar günü parlament seçkiləri keçirilsə, hansı partiyaya və ya bloka səs verərdiniz?” sualına 16,5 faiz “Mülki müqavilə” partiyasına, 6,4 faiz “Ermənistan” blokuna, 30,1 faiz səs verməyəcəyini bildirib. 17,1% cavab verməkdə çətinlik çəkdiyini, 11,5% cavab verməkdən imtina etdiyini, 4,6% heç kimi seçməyəcəyini bildirib.
“Sizcə, Ermənistanda ən mühüm problem nədir?” sualına 1100 respondentin 76,2 faizi təhlükəsizlik və sərhəd məsələlərini qeyd edib. 19,4% siyasi sabitliyin, 16,4% iqtisadi inkişafın, 9,6% məşğulluq və sosial məsələlərin adını çəkib.
Musavat.com