Ermənistana yağan leysan yağışlar sel fəlakətinə səbəb olub.
Musavat.com bildirir ki, Borçalı (ermənilər “Debed” adlandırır-M.) çayından axan sel yatağından çıxaraq Ermənistanla Gürcüstanı birləşdirən M-6 dövlətlərarası avtomobil yolunu basıb. Sosial media istifadəçiləri daşqın və insanların təxliyə ehtiyacı olduğunu bildirir.
M-6 yolu hər iki istiqamətdə nəqliyyatın hərəkəti üçün bağlanıb. Ermənistanın Yol Departamenti Gürcüstan istiqamətində hərəkət edən sürücülərə dövlətlərarası magistralın bu hissələrini tövsiyə edir: Marqara-Vanadzor-Taşir - Etçənistan sərhədi və İrəvan-Gümri - Ermənistan sərhədi.
Çayın sahillərini aşması nəticəsində Sənahin vağzalında evlər su altında qalıb, insanlar birinci mərtəbələrdə sıxışıb. Alaverdidə də bəzi mağaza və dükanları su basıb.
Ermənistanın şimalında baş verən daşqın məticəsində körpülər dağılıb, bir neçə ev su altında qalıb. Daxili İşlər Nazirliyi bir nəfərin ölməsi, bir nəfərin çaya düşməsi barədə məlumat yayıb, axtarışlar davam etdirilir.
Ayrum-Alaverdi şossesində 1 yük maşını sel altında qalıb.
Musavat.com