Ermənistanda saxlanılan, Böyük Britaniya və Şimali İrlandiyada hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 44 yaşlı Eymi Betro müqaviləli qatildir.
Musavat.com BBC-yə istinadən xəbər verir ki, onun 2019-cu ilin sentyabrında Birmingem ştatının Cənubi Yardli şəhərində iş adamını öldürməyə cəhdə görə axtarışda olduğu bildirilir.
Bundan əvvəl Ermənistan Daxili İşlər Nazirliyi məlumat vermişdi ki, Proşyan kəndində qətl törətmək üçün qabaqcadan əlbir olmaq və qanunsuz odlu silah saxlama ittihamı ilə Böyük Britaniya və Şimali İrlandiya Krallığının hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan vətəndaş tapılıb. Onun barəsində həbs qətimkan tədbiri seçilib.
Nigar HƏSƏNLİ,
Musavat.com