4 ildir axtarışda olan şəxs saxlanılıb.
Milli.Az xəbər verir ki, 2020-ci ildən axtarışda olan Barı Isubov Türkiyənin Milli Kəşfiyyat İdarəsi ( MİT ) tərəfindən saxlanılıb.
Təhlükəsizlik və Polis idarəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat nəticəsində Barı Isubov Antalyadakı evində yaxalanıb.
Məhkəmə onun həbs edilməsi barədə qərar qəbul edib.
Qeyd edək ki, Barı İusubovun Rusiya, Qazaxıstan, Ermənistan və İraqda PKK/KCK terror təşkilatı üçün aparılan təbliğat işlərində iştirak etdiyi müəyyən edilib. İusubovun qurumun yüksək vəzifəli şəxsləri ilə sıx əlaqədə olduğu və aksiyalarda fəal iştirak etdiyi məlum olub.