“Roma Əsasnaməsini imzalayan Monqolustanda Putin böyük təmtəraqla qarşılandı. Çünki bu ölkədə Rusiya prezidentinin həbsi ilə bağlı dəhşətli hekayələr danışacaq “Qaqik Melkonyanlar” yox idi”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli politoloq Suren Surenyants yazıb.
“Qərb, əlbəttə ki, Monqolustanı “qorxulu” mətnlərlə hədələyir, amma əslində bu bəyanatların mənəvi müstəvidə heç bir dəyəri yoxdur, çünki iyirmi il geriyə getsək, beynəlxalq hüququn pozulmasının əsasını məhz “qorxulu” mətnlərlə görəcəyik.
Monqolustan Putinin “toxunulmazlığı” üçün presedent yaradıb. Putin Ermənistanda “monqol presedentini” təkrarlamaq qərarına gələrsə, Nikol Paşinyan hökuməti Qərb tərəfdaşlarına hansı arqumentləri təqdim edəcəyi barədə düşünsün.
“Qaqik Melkonyanı sobaya atmaq” çıxış yolu deyil: hətta Paşinyana da artıq bu “qoca quldur” lazım deyil”, - deyə Surenyants qeyd edib.
Qeyd edək ki, deputat, Müdafiə və təhlükəsizlik komissiyasının üzvü Qaqik Melkonyan Rusiya prezidenti Vladimir Putinin İrəvana gəldiyi təqdirdə həbs olunması gərəkdiyini söyləyib.
Musavat.com