Ermənistanda ölənlərin sayı ARTDI

Ermənistanda daşqınlar nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb.

Musavat.com bu barədə erməni mediasına istinadən xəbər verir.

Ptqavan kəndində 76 yaşlı Haxtanak kənd sakini Avaq Avaqyanın meyiti çaydan çıxarılıb.

Xilasedicilər Şnox kəndi yaxınlığındakı çaydan 39 yaşlı Sarıbek Balyanın cəsədini aşkar ediblər. Üçüncü ölümlə bağlı ətraflı məlumat yoxdur.

Musavat.com

26.05.2024 22:35
1368