Ermənistanda müxalifət lideri xalqı Paşinyanı devirməyə çağırıb

Ermənistanda “Mənim şərəfim var” fraksiyasının rəhbəri Hayk Mamicanyan xalqı baş nazir Nikol Paşinyanı devirməyə çağırıb.

“Report” xəbər verir ki, o, müxalifətin “küçə döyüşləri"nə hazırlaşdığını bildirib.

Ancaq H.Mamicanyan təfərrüatları açıqlamayıb, sadəcə, vaxtın daraldığını vurğulayıb.

Müxalifət lideri xalqın birləşərək Paşinyanı devirə biləcəyinə əminliyini ifadə edib.

21.06.2023 17:18
561