Ötən gecə Ermənistanın Metsamor şəhərinin meri Vahram Xaçatryan ağır qəza törədib.
BAKU.WS-in xəbərinə görə, bu barədə Shamshyan.com məlumat yayıb.
Qəza yerli vaxtla saat 03:15 radələrində qeydə alınıb.
40 yaşlı Xaçatryan idarə etdiyi "Mercedes Maybach" markalı avtomobillə Armavir şəhərində fərdi yaşayış evinin hasarına çırpılıb.
O, Armavir xəstəxanasına aparılıb, sonra paytaxtın tibb mərkəzlərindən birinə köçürülüb.