Ermənistanda keçmiş ombudsman Xarici Kəşfiyyat Xidmətinin rəhbəri TƏYİN OLUNDU

Ermənistanın keçmiş ombudsmanı Kristine Qriqoryan baş nazir Nikol Paşinyanın sərəncamı ilə Xarici Kəşfiyyat Xidmətinin rəhbəri vəzifəsinə təyin edilib.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə müvafiq sənəd Ermənistan hökumətinin saytında yerləşdirilib.

“Xarici kəşfiyyat fəaliyyəti və Xarici Kəşfiyyat Xidməti haqqında” qanunun 19-cu maddəsinin 1-ci hissəsini rəhbər tutaraq, Kristine Qriqoryan Xarici Kəşfiyyat Xidmətinin rəhbəri vəzifəsinə təyin edilsin”, - sərəncamda qeyd edilib.

Xarici Kəşfiyyat Xidməti kəşfiyyat və terrorizmlə mübarizə ilə məşğul olacaq, həmçinin hökumət başçısına birbaşa tabe olacaq.

04.10.2023 11:35
750