Ermənistanda iqtisadi artım illüziyaları ifşa edilir

“Ermənistan hakimiyyəti son bir il yarım-iki ildə qeydə alınan yüksək iqtisadi artımdan başı gicəllənərək, görünməmiş iqtisadi uğur və nailiyyətlərdən danışsa da, Beynəlxalq Valyuta Fondu onların həvəsinə soyuq su töküb”.

Musavat.com “caliber.az” saytına istinadən xəbər verir ki, bu barədə Ermənistanın “168 Jam” qəzetində dərc olunan məqalədə deyilir.

“BVF son hesabatlarında Ermənistan iqtisadiyyatının artımını və iqtisadi vəziyyətini real qiymətləndirərək, hakimiyyəti mahiyyətcə göydən enməyə çağırıb və hər şeyin onların təsəvvür etdiyindən daha pis olduğunu çatdırmağa çalışıb. Belə ki, Beynəlxalq Valyuta Fondunun ekspertlərinin fikrincə, Ermənistan iqtisadiyyatında aktivlik real məhsuldarlıqla müqayisədə bir qədər yüksək qiymətləndirilir. Ermənistanın real potensialı illik 4,5 faiz iqtisadi artıma imkan verir. Fondun ekspertləri yaxın illərdə iqtisadiyyatın potensialının artmasına böyük ümid bəsləmirlər. Onlar hesab edirlər ki, ortamüddətli perspektivdə bu, eyni səviyyədə qalacaq. Gələn il BVF Ermənistan iqtisadiyyatında cəmi 5 faiz artım gözləyir. Bundan əlavə, fond mütəxəssisləri bəzi sənaye sahələrində yüksək riskləri müəyyən ediblər. Bu risklər tikinti köpüyü və hökumət, Mərkəzi Bank tərəfindən təşviq edilən ipoteka kreditləşməsi ilə bağlıdır”, - deyə məqalədə qeyd olunub.

Musavat.com

19.12.2023 14:46
492