Ermənistanda hakimiyyəti ələ keçirməyə hazırlaşmaqda şübhəli bilinən şəxslər həbs edilib

Ermənistanda hakimiyyəti ələ keçirməyə hazırlaşmaqda şübhəli bilinən yeddi nəfər barəsində cinayət təqibi başlanıb. Onlardan üçü artıq həbs edilib.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) məlumat yayıb.

Digərləri axtarışa verilib.

Bildirilir ki, qrupun bəzi üzvləri Rostov-na-Dondakı bazada təlim keçiblər.

18.09.2024 11:13
259