Ermənistanda ehtiyatda olan hərbçilər çağırıldı-bu, nəyin hazırlığıdır?

Ermənistan hökuməti sentyabrın 26-da keçirilən iclasda ehtiyatda olan hərbçilərin hərbi təlimlərinin keçirilməsi ilə bağlı qərar layihəsini qəbul edib.

Musavat.com erməni mediaına istinadən xəbər verir ki, sənədə əsasən, təlim-məşq toplanışı 2024-cü il oktyabrın 15-dən dekabrın 20-dək keçiriləcək.

Qərarın əsaslandırılmasında qeyd olunur: “Bu, bizə ehtiyatda daha çox təlim keçmiş hərbi qulluqçuların olmasına və onları təlim düşərgələrinə cəlb etməklə peşəkar hazırlıqlarının keyfiyyətini yüksəltməyə imkan verəcək”.

Hər bir iştirakçı 25 gündən çox olmayan müddətə təlim-məşq toplanışlarına cəlb olunacaq.

Musavat.com

26.09.2024 13:54
630