Ermənistanda ədliyyə naziri postuna Paşinyanın yaxın adamı gətirilir

Ermənistanda bu yaxınlarda istefa verən ədliyyə naziri Qriqor Minasyanın yerinə gətiriləcək adam bəlli olub.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli “İravunk” qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, hakim partiyanın üzvləri Arpine Sərkisyanın namizədliyini fəal şəkildə təbliğ edirlər.

Arpine Sərkisyan Ermənistanın daxili işlər nazirinin müavini vəzifəsində çalışır.

Qeyd olunur ki, Daxili İşlər Nazirliyinin rəhbəri Vahe Qazaryan Sərkisyanın getməsinə ürəkdən sevinib. Bu iki adam zahirən birlikdə işləməyə çalışsalar da, onların arasının gərgin olduğu bildirilir..

Xatırladaq ki, istefaya çıxan Qriqor Minasyan Ermənistanın Vatikanda keçmiş səfiri,  Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın kürəkəni Mikael Minasyanın qardaşıdır.

Musavat.com

02.10.2024 14:31
230