Xəbər verdiyimiz kimi, “Sürməli” ticarət mərkəzində baş vermiş partlayışla əlaqədar Ermənistanda 2 günlük matəm elan edilib.
Musavat.com-un “Sputnik Ermənistan”a istinadən məlumatına əsasən, bu gün səhər saatlarından etibarən ölkənin dövlət müəssisələrində bayraqlar endirilib.
Qeyd edək ki, avqustun 14-də baş vermiş hadisə nəticəsində 16 nəfər ölüb, 3 nəfər itkin düşmüş hesab olunur. Ümumilikdə 62 nəfər zərər çəkib.