Ermənistanda daşqınlar nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb

Ermənistanın şimalında daşqın nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb.

“Report” “Sputnik-Armeniya”ya istinadən xəbər verir ki, bu barədə “Vətəndaş müqaviləsi” partiyasının deputatı Aren Mkrtçyan sosial şəbəkələrdəki hesabında yazıb.

Xatırladaq ki, ötən gün təbii fəlakət nəticəsində 3 nəfərin öldüyü barədə məlumat verilmişdi.

27.05.2024 12:47
398