Ermənistanda 3 mayda da etirazlar və həbslər davam edib - VİDEO

Musavat.com xəbər verir ki, sosial şəbəkələrin Ermənistan seqmentində yeni görüntülər yayılıb.

Bildirilir ki, 2 həftədən çoxdur keçirilən aksiyalarda etirazlar və həbslər səngimək bilmir.

Qeyd edək ki, aprelin 19-da Ermənistan və Azərbaycan Tavuş vilayətindən delimitasiyaya başlamaq və iyulun 1-dək delimitasiya komissiyalarının birgə fəaliyyəti haqqında əsasnamə layihəsinin təsdiqini başa çatdırmaq barədə razılığa gəliblər. Bundan sonra ermənilər sərhəddə etiraz aksiyalarına başlayıblar. Ötən həftə Tavuş sakinləri delimitasiya işlərinin qarşısını almaq məqsədilə Kirants-Açarkut-Voskepar yolunu günlərlə bağlı saxlamışdılar. Onlar Kirants kəndinin körpüsünə toplaşmış, körpünü tutmuşdular. Buna səbəb isə odur ki, dərc olunan xəritələrə görə, Kirants körpüsü kəndin kadastr balansında olsa da, Azərbaycana təhvil veriləcək.

Etiraz aksiyalarında iştirak edən çox sayda erməni polis tərəfindən saxlanılıb.

Sözügedən görüntüləri təqdim edirik: 

03.05.2024 21:02
540