Ermənistanda 10 zabit müharibədə vəzifələrini icra etməməkdə ittiham olunur

Ermənistan ordusunun 10 hərbçisi 44 günlük müharibə zamanı öz hərbi öhdəliklərini icra etməməkdə təqsirləndirilir.

Musavat.com APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi açıqlama yayıb.

Cinayət işinin materiallarına əsasən, 2020-ci il oktyabrın 18-də hərbi vəziyyət şəraitində hərbi hissələrdən birinin 2-ci atıcı batalyonu döyüş əməliyyatlarında iştirak üçün yola çıxıb.

Amma batalyonun bir sıra hərbçiləri, o cümlədən, batalyon komandiri və 9 zabit hərbi öhdəliklərini icra etməkdən boyun qaçıraraq daimi dislokasiya yerinə qayıdıblar.

Faktla bağlı toplanmış materiallar məhkəməyə verilməsi üçün prokurora göndərilib.

03.11.2022 21:02
437