Ermənistanın Araqatsotn rayonunun (mərkəzi tarixi Əştərək şəhəri-red.) Çarçakis kəndinə qar yağıb.
Musavat.com bildirir ki, bu barədə Hidrometeorologiya və Monitorinq Mərkəzinin direktor müavini Qaqik Surenyan mayın 1-də öz Facebook səhifəsində məlumat yayıb. Onun səhifəsinə abunə olanlar şərhlərdə Geqarda, Aparan və Spitakda da qar yağdığını yazıblar.
Sinoptiklər 1-3 may tarixlərində Ermənistanda hava şəraitinin kəskin pisləşəcəyini açıqlayıblar. Maraqlıdır ki, bu durumda, Rusiya qazının Ermənistana verilişi mayın 1-dən 4-dək dayandırılıb.
Musavat.com