“Ermənistana hərəkətə keçmək tapşırığı verilib” – Siyasi şərhçi

“Son bir il ərzində Ermənistan rəhbərliyinin nəfəs dərmədən Azərbaycanla hətta yarımçıq, tam razılaşdırılmamış sülh müqaviləsi imzalamağa hazır olduğunu bəyan etməsi, əslində, müharibə hazırlığını gizlətməyə yönəlib”. 

Siyasi şərhçi Elşad Paşasoy Ermənistanın Azərbaycana qarşı yeni müharibəyə hazırlaşması xəbərini Medianews.az saytına şərh edərkən belə deyib.

“Ermənistana hərəkətə keçmək tapşırığı verilib” – <span style=color:red>Siyasi şərhçi

Elşad Paşasoy vurğulayıb ki, artıq Ermənistanın müharibə hazırlığını gizlətməyə çalışdığını təsdiqləyən xeyli fakt mövcuddur: “Bölgəyə guya sülhü təmin etmək niyyətilə, əslində isə casusluq və hərbi kəşfiyyatla məşğul olan missiyasını göndərən Avropa İttifaqının Fransa, Yunanıstan kimi ölkələri Ermənistanı sürətlə silahlandırır. Hindistanın əsas silah alıcısı statusunda məhz Ermənistan çıxış edir. Bundan əlavə, “sülhə hazır” Ermənistan dövlət büdcəsinin mühüm hissəsini hərbi məqsədlər üçün ayırır. Eyni zamanda aprel ayında ehtiyatda olanların orduya çağırılması qərarı faktiki olaraq növbəti eskalasiyaya hazırlıqdan xəbər verir”.

Siyasi şərhçi daha sonra bildirib: “Ermənistanın şərti sərhədlər boyunca ağır hərbi texnika və artilleriya vasitələri cəmləməsi, döyüş məntəqələrində şəxsi heyətin sayını artırması, bu ölkədə revanşistlərin rahat şəkildə yenidən baş qaldırması, Azərbaycan əleyhinə radikal bəyanatlar verilməsi, Qarabağ klanının rəhbərlərinin yenidən “xortlaması”, Nikol Paşinyan hakimiyyətinin də onlara, həmçinin keçmiş qondarma Qarabağ rejiminin İrəvandakı təmsilçilərinə meydan tanıması qarşıdurma riskini yaradan amillərdəndir”.

“Ermənistana hərəkətə keçmək tapşırığı verilib” – <span style=color:red>Siyasi şərhçi

Azərbaycanla qarşıdurmada uduzacağını bildiyi halda, Paşinyan hakimiyyəti növbəti toqquşmaya gedərmi?

E.Paşasoy sualı belə cavablandırıb: “Əvvəla, Paşinyanı buna havadarları vadar edə bilərlər, çünki onun güclü iradə sahibi olmadığını bilirik. Digər tərəfdən Bakıda keçirilən məhkəmə prosesində separatçıların Paşinyanın müharibə cinayətləri haqda açıqladığı və bundan sonra da səsləndirəcəyi faktlar Ermənistanın hökumət başçısı üçün hüquqi məsuliyyət yaradacaq. Belə bir durumda himayədarları Paşinyanı növbəti toqquşmaya sövq etməklə ona seçkiqabağı “Pirr qələbəsi” vəd edə bilərlər. Eyni zamanda unutmaq olmaz ki, Ermənistan ordusunda “5-ci kolon” çox güclü mövqelərə sahibdir və onların ara-sıra tətiyi çəkməsi də sıradan məsələ deyil. Ötən həftə Gorus və Naxçıvan istiqamətində təxribatlara əl atılması da İrəvandan verilən sülh bəyanatları fonunda baş verdi. Ermənistan 2020-ci ildə də “yeni ərazilər” uğrunda təkbaşına hərəkətə keçməyə cürət etməzdi. Tovuz döyüşləri zamanı cənab Rəcəb Tayyib Ərdoğan bildirmişdi ki, “bu, Ermənistanın boyunu aşan təxribatdır”. İstisna deyil ki, Ermənistanı növbəti təxribata vadar edən qüvvələrin başında elə bu gün Qubadlı istiqamətində ərazilərimizə binoklla baxan Avropa İttifaqının Ermənistandakı missiyası durur. Görünür, casus şəbəkəsi artıq üzərinə düşəni edib və bütün şərti sərhədləri araşdırdıqdan sonra Ermənistana hərəkətə keçmək tapşırığını verib”.

“Ermənistana hərəkətə keçmək tapşırığı verilib” – <span style=color:red>Siyasi şərhçi

Siyasi şərhçi deyib ki, yaz aylarında Ermənistanın təxribatlara əl atması yenilik deyil: “2016-cı ilin Aprel döyüşlərini unutmamışıq. Avropa İttifaqı daha böyük hərbi qüvvə ilə Ermənistanda mövcud olmaq üçün növbəti toqquşmaların baş verməsini çox istəyir. Aylardır ki, adıçəkilən missiya Azərbaycan tərəfdən onlara atəş açılmasını və bu fakt ətrafında beynəlxalq qalmaqal yaratmağı çox istəyir, amma nail ola bilmir. Düşmənin və havadarlarının təxribatçı planlarına Azərbaycanın istənilən cavabı verməyə hazır olduğuna şübhəmiz yoxdur. Sadəcə, bu, regionda sülhü əngəlləyə və daha dəhşətli fəlakətlərə gətirib çıxara bilər. Odur ki, Ermənistan rəhbərliyi ağlını başına yığmalı, “maşa” rolunu oynamaqdan əl çəkməlidir. Prezident İlham Əliyev də bildirmişdi ki, Ermənistanın silahlanması Azərbaycan üçün ən narahatedici məqamdır və silahlanma prosesi sülhü poza bilər”.

12.03.2025 11:00
636