“Ermənistan hökuməti yeni atom elektrik stansiyasının tikintisi ilə bağlı strateji qərar qəbul edib. Bu, modul stansiya olacaq”.
Musavat.com xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda keçirilən II Dünya Erməni Sammitində deyib.
Baş nazir əlavə edib ki, modul tipli atom elektrik stansiyalarının texnologiyası hələ tətbiq mərhələsinə çatmayıb, lakin bir neçə ölkə onu inkişaf etdirir. Onun sözlərinə görə, texnologiya təchizatçısı olacaq ölkə hələ seçilməyib. Bununla bağlı Ermənistan tərəfdaşları ilə müzakirələr aparır.
Xatırladaq ki, “Metsamor” AES-in mövcud enerji blokunun istismar müddəti 2016-cı ildə başa çatıb. Lakin yenidən təchizat işləri sayəsində onun müddəti 2026-cı ilə qədər uzadılıb.
Şahanə Rəhimli
Musavat.com