Ermənistan XİN: Mirzoyanın Türkiyədə ikitərəfli görüşlər keçirməsi planlaşdırılır

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan martın 1-3-də Türkiyədə səfərdə olacaq.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan “X” sosial şəbəkəsindəki hesabında məlumat verib.

A.Mirzoyanın müzakirələrdə və ikitərəfli görüşlərdə iştirakı planlaşdırılır.

01.03.2024 10:45
403