Ermənistan Xarici Kəşfiyyat Xidmətindən SON DƏQİQƏ MƏLUMATI: Azərbaycanın Ermənistana hücumu...

Ermənistan Respublikasının Xarici Kəşfiyyat Xidməti 2025-ci ildə xidmətin Ermənistan Respublikası üçün görəcəyi riskləri təqdim edən ilk açıq hesabatını dərc edib.

Musavat.com erməni mediasına istinadən burada bəzi mühüm məqamları xəbər verir.

Ermənistan xarici kəşfiyyatına görə, bu il Azərbaycanın Ermənistana genişmiqyaslı hərbi hücumu ehtimalı yüksək deyil:

“Eyni zamanda, sülh müqaviləsi və dövlətlərarası münasibətlərin olmadığı bir şəraitdə Azərbaycanın Ermənistanı güclə hədələmə siyasəti çərçivəsində sərhəddə lokal gərginlik və eskalasiya riski qalacaq. Bütövlükdə Azərbaycan və Ermənistan arasında danışıqlar yolu ilə sülhün və diplomatik münasibətlərin qurulmaması dövlətlərarası münasibətlərin gərgin saxlanılması üçün real risk yaradır. ”, - deyə hesabatda qeyd olunur.

Sənəddə Ermənistan qurumu sülh sazişinn imzalanması prosesini kəngiməsiondə əsassız yerə rəsmi Bakını suçlamağı unutmayıb.

Ermənistan Xarici Kəşfiyyat Xidmətinə görə 2025-ci ildə Azərbaycan və Ermənistan arasında müxtəlif məsələlər üzrə danışıqların ikitərəfli formatı, bu vaxta qədər sınaqdan keçirilmiş formatlardan ən effektlisi olaraq qalacaq.

Musavat.com

23.01.2025 16:54
4650