Ermənistan və İran arasında ticarət dövriyyəsi ARTDI

İrandakı təqvim ilinin ilk 5 ayında (İran təqvimi üzrə, bu ilin martın 20-dən avqustun 21-dək) İran və Ermənistan arasında qeyri-neft ticarətinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 6% artıb.

Musavat.com xəbər verir ki, bu barədə İran İslam Respublikasının Gömrük İdarəsi hesabat yayıb.

Hesabatda deyilir ki, iki ölkə arasında qeyri-neft ticarəti 192 108 milyon dollar təşkil edib. Bunun nəticəsində Ermənistan İranın ticarət etdiyi dövlətlər arasında 10-cu pilləyə yüksəlib.

Xatırladaq ki, fevralın 14-15-də Tehranda İran-Ermənistan Birgə İqtisadi Komissiyasının 18-ci iclası keçirilib və bu iclasda tərəflər müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsi məqsədilə 19 sənəd və Anlaşma Memorandumu imzalayıblar.

Musavat.com

23.09.2024 14:07
218