Sentyabrın 16-da Ermənistan və Fransa xarici işlər nazirləri arasında danışıqlar aparılacaq.
“Report” Ermənistan Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir ki, bu barədə XİN-in mətbuat katibi Ani Badalyan məlumat verib.
O, Fransa xarici işlər naziri Stefan Sejurnenin sentyabrın 15-16-da Ermənistana səfər edəcəyini təsdiqləyib.
“Sentyabrın 16-da Ermənistan XİN-də hər iki ölkənin xarici işlər nazirləri Ararat Mirzoyan və Stefan Sejurnenin rəsmi görüşü, daha sonra isə birgə mətbuat konfransı keçiriləcək”, - o qeyd edib.