Ermənistan ABŞ-nin müdafiəsi müqabilində Ukraynaya S-125 hava hücumundan müdafiə sistemi və “Toçka-U” reaktiv yaylım atəş sistemini verib.
Musavata.com xəbər verir ki, Türkiyəli ekspertlər Ukraynada çox sayda köhnəlmiş S-125 hava hücumundan müdafiə sistemləri və “Toçka-U” raket sistemlərinin qəfil peyda olmasının səbəbini aydınlaşdırıblar.
Onlar iddia edirlər ki, bu Ermənistanın ABŞ-nin müdafiəsi müqabilində öz hava hücumundan müdafiə sistemləri və raket ehtiyatlarını ötürməsi ilə bağlıdır. Onların sözlərinə görə, bu yaxınlarda Rusiya ərazisinə atılan raketlərin bəziləri erməni mənşəli olub.
Nigar HƏSƏNLİ,
Musavat.com