Bu gün Türkiyə-Ermənistan sərhədində iki ölkənin xüsusi nümayəndələrinin görüşü keçirilib.
Bu barədə məlumatı Ermənistan XİN təsdiqləyib. Məlumatda qeyd olunur ki, görüş Türkiyə-Ermənistan sərhədində münasibətlərin normallaşdırılması məqsədi ilə keçirilir.
Xatırladaq ki, iki ölkə arasında sərhəd 1993-cü ildən Ankaranın təşəbbüsü ilə bağlıdır.
Azərbaycanın mövqeyi bundan ibarətdir ki, Ermənistan-Türkiyə sərhədlərinin açılması məsələsi Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalandıqdan sonra olmalıdır. Əlbəttə ki, Türkiyə də Azərbaycanla qardaşlıq-dostluq münasibətlərini, Şuşa Bəyənnaməsini nəzərə alaraq addım atacaq.
Bəs indiki vəziyyətdə Türkiyə-Ermənistan sərhədinin açılması real görünürmü?
TV Musavat bu sualla Bakı sakinlərinə müraciət edib, onların rəyini öyrənib.
Hazırladığımız videosorğunu təqdim edirik:
Xalidə Gəray
Rafət Şahbazov
Musavat.com