Ermənistan TŞ-nin rəhbəri: “İrəvan və Bakı bəzi məsələlərdə irəliləyiş əldə edib”

“Ermənistan və Azərbaycan bəzi məsələlərdə irəliləyiş əldə edib”

Musavat.com “Sputnik-Ermənistan”a istinadən xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İrəvandakı Qələbə parkında jurnalistlərə açıqlamasında deyib.

O, fundamental məsələlərdə hələlik bir razılıq əldə edilmədiyini bildirib: “Danışıqlarda məlum prinsip var - hər şey razılaşdırılmayana qədər heç nə razılaşdırılmır. , – A.Qriqoryan bildirib.

Qriqoryan qeyd edib ki, Brüsseldə, ondan sonra Kişinyovda ən yüksək səviyyədə görüşün keçirilməsi planlaşdırılır.

Musavat.com

09.05.2023 13:32
472