"Ermənistan tərəfi kütləvi məzarlıqların yerini gizlədir" - Həbib Mikayıllı

Ermənistan tərəfi əsir, girov və itkin düşmüş şəxslırlə bağlı əməkdaşlıq etmir.

Musavat.com Trend-ə istinadən xəbər verir ki, bunu Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin sektor müdiri Həbib Mikayıllı bu gün Azərbaycanda itkin düşmüş şəxslər probleminə həsr olunmuş brifinqdə deyib.

O qeyd edib ki, ermənilərdə kütləvi məzarlıqların koordinatları var. Kütləvi məzarlıqların yerini gizlətməyin heç bir hərbi məqsədi yoxdur. Ermənistan bu məsələdə də qeyri-konstruktiv mövqe nümayş etdirir.

17.09.2023 15:37
362