Ermənistan “Slavyan bazarı”na YOX DEDİ

Nikol Paşinyanın Ermənistan Respublikası ilə Belarus Respublikası arasında rəsmi əlaqələrin dayandırılması ilə bağlı bəyanatının nəticələri artıq özünü göstərir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Ermənistanın rəsmi nümayəndə heyəti Belarusa səfər etməmək və illik beynəlxalq “Slavyan bazarı” müsabiqəsində iştirak etməmək qərarına gəlib.

Xatırladaq ki, Paşinyan bundan əvvəl Aleksandr Lukaşenkonun prezident olduğu müddətdə nə özünün, nə də ölkənin digər rəsmilərinin Belarusa səfər etməyəcəyini bildirmişdi.

Musavat.com

26.06.2024 14:49
935