Ermənistan sərhədləri ilə bağlı açıqlama

Ermənistan hazırda Rusiya sərhədçilərinin İran və Türkiyə ilə sərhədboyu ərazilərdən çıxarılması məsələsini gündəmə gətirmək niyyətində deyil.

Musavat.com bildirir ki, Ermənistan Milli Təhlükəsizlik Nazirliyinin rəhbəri Armen Abazyan bunu erməni mediasına deyib.

Jurnalistlərin Ermənistan sərhədçilərinin özləri ölkə sərhədlərini qoruya biləcəkləri ilə bağlı sualına o, “indi yox, mərhələli variantla bəli”,-deyə cavab verib.

Musavat.com

28.10.2024 18:41
623