Bu ilin dekabrında Ermənistanın Fransadakı səfirliyinin, qondarma “Dağlıq Qarabağ nümayəndəliyi”nin və Parisin 5-ci rayonu bələdiyyəsinin təşəbbüsü ilə “Fransa-Artsax: sarsılmaz dostluq” mövzusunda xeyriyyə konserti keçirilib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, tədbirdə açılış nitqi ilə Ermənistanın Fransadakı səfiri Asmik Tolmacyan və Parisin 5-ci dairəsinin meri Florent Bertu çıxış ediblər.
Konsert zamanı əsas natiqlər məşhur fransız yazıçısı, filosofu və səyyahı Silven Tesson və “Le Fiqaro”nun direktor müavini, yazıçı, jurnalist Jan-Kristof Buisson olub.
Ermənistan səfiri öz çıxışında Parisin 5-ci dairəsinin merinə konsert təşəbbüsünü dəstəklədiyinə və onun keçirilməsinə görə təşəkkür edib.
Yəni bir yandan “sülh müqaviləsindən” danışan Ermənistan hökumətinin başqa bir ölkədəki rəsmi təmsilçisi separatçıların keçirdiyi tədbirin təşkilatçısı olub.
Musavat.com