İrəvan KTMT-yə münasibətini yalnız Təşkilat Azərbaycan Ordusunun Ermənistanın suveren ərazisində olduğunu bəyan edib, onların çıxarılmasını tələb etdikdən sonra dəyişəcək. Musavat.com xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
“Təşkilata üzv olan bütün ölkələr belə mövqe bildirməyənə qədər Ermənistan KTMT-nin işləmədiyinə inanacaq. İrəvana lazım deyil ki, belarus və ya qazax əsgər gəlib Azərbaycan Ordusunu Ermənistan ərazisindən çıxarsın. Ermənistan yalnız siyasi bəyanat gözləyir”, - o bildirib.
“İndi istəyirsiniz ki, Ermənistan parlameninin sədri birbaşa Rusiya Federasiyasını ittiham etsin. Təbii ki, bu, olmayacaq, mən belə bir açıqlama verməyəcəyəm”.
Simonyan jurnalistlərin suallarını cavablandırarkən deyib. Bununla belə, A.Simonyan Ermənistan hakimiyyətinin Rusiyadan incidiyini gizlətməyib:
“Yadınızdadırmı, Dağlıq Qarabağ erməniləri necə Z hərfini yazır, Putinin şəklini açır, “Sağ ol, Rusiya” deyirdilər. Amma hər şey bir dəqiqə ərzində dəyişdi və biz gördük ki, ruslar öz fəaliyyətsizliyi ilə ermənilərin oradan çıxarılmasına necə icazə verdilər, onları müşayiət etdilər. İndi qoy insanlar nəticə çıxarsınlar, mən hesab edirəm ki, indi birbaşa açıqlamalar verməyim lazım deyil”.
Alen Simonyan jurnalistlərin mümkün erkən parlament seçkiləri ilə bağlı şayiələrə münasibət bildirməsini də xahiş ediblər.
Parlamentin sədri suala cavab istəyən jurnalistə qəzəblənib:
“Bu, axmaqlıq və yalandır. Nə demək istəyirsən, hər “Facebook” şayiəsindən sonra bura gəlib Milli Məclis sədrinə belə sual verməlisən? Niyə fövqəladə seçki olmalıdır? Biz partiya qurmuşuü, müzakirələr aparırıq. Hər keçirdiyimiz toplantıya özgə rəng verilməlidir?”.
Alen Simonyan bildirib ki, Ermənistanda hazırkı müxalifət çox zəifdir və hakimiyyətin qorxacaq bir şeyi yoxdur.
“Biz ildə bir dəfə seçki keçirməyə hazırıq. Müxalifət isə ümumiyyətlə seçkilərə getməyə hazır deyil. Onlar hətta bələdiyyə seçkilərində də iştirak edə bilmirlər”.
Spiker əmin edib ki, gündəmdə növbədənkənar seçkilər yoxdur və bundan söhbət gedə bilməz.
“Müxalifət hansısa gündəm qurur, sonra o gündəm ətrafında danışmağa başlayır. Amma bura uşaq bağçası deyil. Demokratik hakimiyyətə heç kim nəyisə zorlaya bilməz. Ruslar Robert Köçəryanı, Serj Sarkisyanı məcbur edə bilərdi, bizi isə heç kim məcbur edə bilməz. Çünki heç kimin bizə təsir rıçaqları yoxdur”, - Alen Simonyan vurğulayıb.
TVMusavat-ın canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu ilə siyasi şərhçi Heydər Oğuz gündəmi dəyərləndirirlər.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/NewMusavat
Youtube səhifəsinin ünvanı: