Ermənistan Rusiyadan silah alışını azaldıb

Ermənistanın digər ölkələrlə hərbi-texniki əməkdaşlığında Rusiyanın payı son 3-4 ildə 96 faizdən 10 faizə qədər azalıb.

Musavat.com xəbər verir ki, bu barədə II Qlobal Ermənistan Sammitində Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan məlumat açıqlayıb.

Onun sözlərinə görə, əvvəllər Ermənistanın hərbi-texniki əməkdaşlığında Rusiyanın payı 96 faizdən çox olub.

Hərbi-texniki əməkdaşlıq dedikdə Qriqoryan silah alınmasını nəzərdə tutur. Onun dediyinə görə, indi İrəvan silah-sursat təminatının 10 faizdən də azını Rusiyadan həyata keçirir.

Musavat.com

18.09.2024 15:28
199