Şimali Osetiya ərazisindəki Yuxarı Lars keçid məntəqəsində yenidən problemlər yaşanır.
Musavat.com erməni mediasına istinadən bildirir ki, hazırda Rusiya-Gürcüstan sərhədini keçmək üçün 400-ə yaxın yük maşını növbə gözləyir.
Bu barədə Respublika Baş nazirinin müavini İrbek Tomaev açıqlama verib.
Onun sözlərinə görə, gömrük və sərhəd xidmətləri normal rejimdə işləyir və Gürcüstan Hərbi Yolu bütün nəqliyyat növləri üçün açıqdır.
Qeyd edək ki, Yuxarı Lars Ermənistan üçün həyati əhəmiyyət kəsb edir.
Musavat.com